Cavid “Kəpəz”ə niyə gəlib? - Öz dilindən eşidin

5 Avqust 2021 21:20 I Divizion 1 618
Cavid “Kəpəz”ə niyə gəlib? - Öz dilindən eşidin

“Azərbaycan futbolunda Gəncənin xüsusi yeri var.

Bu mənada “Kəpəz” futbolumuzun göz bəbəyi, ad qoymuş bir klubdur”.

Sportinfo.az xəbər verir ki, bunu “Kəpəz”in yeni transferi Cavid İmamverdiyev deyib.

Azərbaycan millisinin sabiq futbolçusu Gəncə klubuna keçidi ilə bağlı mətbuat xidmətinə açıqlama verib. Yarımmüdafiəçi I divizionda oynayan komandaya uğur qazanmaq üçün gəldiyini bildirib:

“Sarı-göylər”in aşağı dəstədə oynaması qəbuledilməzdir. “Kəpəz” elitada çıxış etməlidir. İnşallah, bunun reallaşması üçün çalışacağıq, elə ona görə də burdayıq.

Komandanı əvvəlki vaxtlarına qaytarmalıyıq. Əlimizdən nə gəlirsə, onun artığını edib kollektivin ənənəsini bərpa edəcəyik.

Düşünmürəm ki, Gəncə klubuna keçməklə geri addım atmışam. Əksinə, karyeramda yeni səhifə başlayır. İnanıram ki, burada növbəti uğurumu qazanacam.

“Kəpəz”də böyük futbolçular oynayıb. Mən də bura vaxt keçirməyə gəlməmişəm. Adımı komandanın tarixinə yazdırmaq istəyirəm.

Çoxsaylı azarkeşlərimizin də dəstəyi ilə məqsədimizə çatacağıq. Mənə inanan, etimad göstərən klub rəhbərliyinə, baş məşqçimiz Yaşar Vahabzadəyə minnətdaram”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı