"Bütün komandalar Bakıda olduğu üçün ora getməyə məcburuq"

2 Avqust 2021 22:20 I Divizion 760
"Bütün komandalar Bakıda olduğu üçün ora getməyə məcburuq"

"Bu gün komanda yeni mövsümün hazırlıqlarına başladı"

Bunu Sportinfo.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis hazırlıq planı haqqında geniş məlumat verib:

"İlk iki həftəni Gəncədə qalmağı planlaşdırırq. İkinci həftənin sonları Bakıda yoldaşlıq oyunları oynamağa rəqiblər danışacağıq.

Gəlib oynayıb, yenidən məşqlər üçün Gəncəyə qayıdacağıq. Bütün komandalar Bakıda olduğu üçün yoxlama oyunları üçün ora getməyə məcburuq.

Rəqiblər barədə dəqiq nəsə demək olmaz. Premyer Liqa klubları 14-ü yeni mövsümə start verəcək.

Məncə, onlarla oynamaq çətin alınsın. Yığmanın oyunları vaxtı ancaq bu mümkün ola bilər. Əgər razılaşan olsa, oynamağa çalışacağıq".

Vahabzadə yeni transferlərlə bərabər gənc futbolçuların da komandaya cəlb edildiyini sözlərinə əlavə edib:

"Yeni transferlər komandaya qoşulub. Öz klubumuzun 19 yaşlılarından 3-4 nəfər gənc futbolçu da dəvət etmişik. Onlar da bizimlə məşq edirlər".

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı