Tovuz Akademiyasında yenidən seçimlər olacaq

31 İyul 2021 17:40 I Divizion 1 053
Tovuz Akademiyasında yenidən seçimlər olacaq

Tovuz Futbol Akademiyasında fasilə bu gündən başa çatır.

Bu barədə Sportinfo.az-a "Turan Tovuz"un icraçı direktoru Nadir Nəbiyev məlumat verib.

Sitat: "Akademiyada işlər qaydasındadır. Avqustun 1-dən tam güclə fəaliyyətə başlamaq istəyirik. Bu tarixdən başlamağa koordinatorumuz Adil Şükürov qərar verdi. Çünki akademiyaya qoşulmaq istəyənlər var. Yenidən seçimlər olacaq".

Klub rəsmisi hazırda hər hansı turnir keçirmək barədə düşünmədiklərini sözlərinə əlavə edib: "Hzırda turnir haqda nəsə yoxdur. 6-9 yaşdan 17 yaşa kimi qruplar var. Onları formalaşdırmağa çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?