"Kəpəz"də heç kimə imtiyaz yoxdur - danışdım, o da razılığın verdi"

26 İyul 2021 17:40 I Divizion 918
"Kəpəz"də heç kimə imtiyaz yoxdur - danışdım, o da razılığın verdi"

"Bizə Premyer Liqaya çıxmaq vədi verilməyib".

Bu sözləri Sportinfo.az-a açıqlamasında "Kəpəz"in baş məşqçisi Yaşar Vahabzadə deyib.

Təcrübəli mütəxəssis Cavid İmamverdiyevin "Kəpəz"ə surpriz transferindən də söz açıb: "Adıçəkilən futbolçular azad transferdilər. Müraciət etdik, sağ olsunlar təklifimizi qəbul etdilər.

Planlarımızda transfer etmək vardı. Cavidlə neçə illər gənclər millisində bir yerdə işləmişik. Bir-birimizi yaxından tanıyırıq.

Münasibətimiz yaxşıydı. "Sumqayıt"dan ayrılandan sonra zəng elədim, danışdım, o da razılıq verdi".

Vahabzadə bundan sonra səs-küylü transfer gözlənilmədiyini bildirib: "Belə səs-küylü transfer gözlənilmir. Ola bilər ki, başqa hər hansı transfer olsun.

Aşağı yaş qrupundan adlarını açıqlamadığımız bir neçə nəfər də təlim-məşq toplanışlarına qatılacaqlar. Əlavə 1-2 transfer edə bilərik. Bununla da transfer məsələsi başa çatacaq".

O, Cavid İmamverdiyev və İbrahim Qədirzadənin alacaqları maaşlara da toxunub: "Heç kimə xüsusi imtiyaz yoxdur. Birinci divizon səviyyəsində digər futbolçuların maaşları necədirsə, onlarda da elədir".

Digər Xəbərlər
Xəbər Lenti