Divizion klubu: "Onlar bura gələnədək, min hoqqa çıxa bilər"

24 İyul 16:35 I Divizion 523
Divizion klubu: "Onlar bura gələnədək, min hoqqa çıxa bilər"

"Gedən və gələn futbolçularımız var.

Biz rayon komandasıyıq və danışıqlar apaardıqlarımız bura gəlib müqaviləyə qol çəkənədək ad açıqlamaq bir az risklidir.

Çünki onlar Zaqatalaya gələnədək, min hoqqa çıxa bilər. Biri oradan təklif göndərir, biri buradan – futbolçudur da, hər an fikrini dəyişməsi mümkündür".

Bu sözləri Sportinfo.az-a açqlamasında "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov deyib.

Ötən mövsüm I Divizionu gümüş medalla bitirən şimal təmsilçisi növbəti "futbol ili"nə daha yaxşı hazırlaşmağı qarşısına məqsəd qoyub:

"Anlaşdığımız futbolçular az deyil. çalışacağııq ki, iddialı komanda yaradaq. Yaxşı oyunçular gətirib, çempionluğa oynayacağıq.

Avqustun 1-dən məşqlərə başlayacağıq. Yoxlanışa gələnlər olacaq. Düzdür, gedən futbolçularımız çoxdur.

Bakı komandalarının üstünlüyü böyükdür. Öyrəşmişik, hər yay bizdən xeyli sayda futbolçu aparırlar. Onların rayonda inkişafı sürətlə gedir.

Bakıda olanlar özlərini tamamilə futbola verə bilmir, o şərait istədikləri kimi deyil. Zaqatalada baza və stadion var – hamısı uşaqların ixtiyarındadır.

Səhərdən axşama kimi istədikləri qədər məşq edə bilərlər. Zaqatalada ora-bura getməyə yer o elə çox deyil. Söhbət cavan uşaqlardan gedir, yəqin ki, məni başa düşdüz…

Ona görə də bura gələnlər bütün fikirlərini futbola yönəldirlər, öz üzərlərində çalışırlar.

Özünüzü də görürsüz ki, bizə həmişə çöldə qalan, klub tapmayan, axırda gedən futbolçular gəlir və artırırlar. Sonra da vaxtilə onları bəyənməyən komandalardan təzədən dəvət alırlar.

Mən deməzdim ki, bu, tamamilə bizim əməyimizdir. Bu, biz məşqçilərlə yanaşı, burada olan şəraitin hesabınadır ki, gələn futbolçular özlərini sıırf məşqlərə kökləyirlər.

Məsələn, Bakıda gün ərzində cəmi bir dəfə məşq etməyə imkanı olan futbolçu Zaqatalada iki-üç məşqə çıxa bilir. Bu formada işlər davam edir.

Rəhbərliklə danışmışışıq, şəraitimiz keçən ilkindən yaxşılaşıb. Qidaya ayrılan vəsait bir qədər aşağı idi, indi onu da artırdılar.

Bazada qalmaq üçün əlavə imkanlar da yaradılacaq. Seçim futbolçuların öz ixtiyarına verilib, necə istəsələr, elə də olacaq.

Çox güman, komandamıız daha iddialı olacaq".

Digər Xəbərlər
Xəbər Lenti