I Divizionda "5" saxlanıldı, bu yenilik tətbiq edildi

19 İyul 2021 10:40 I Divizion 889
I Divizionda "5" saxlanıldı, bu yenilik tətbiq edildi

Növbəti mövsümdən etibarən I Divizionun Əsasnaməsində bəzi dəyişiklər ediləcək.

Bunlardan biri də əvəzetmələrlə bağlıdır.

Bu haqda Sportinfo.az-a Peşəkar Futbol Liqasının (PFL) Texniki-idman şöbəsinin rəisi Elgiz Abbasov məlumat verib:

“Əvəzetmə sayı ilə bağlı onu deyə bilərəm ki, oyunun gedişində 5 oyunçunun əvəzlənməsi saxlanılır. Sadəcə, ötənilkindən fərqli olaraq komandalar hər biri oyunu əvvəlki kimi 5 dəfə deyil, 3 dəfə saxlamaqla bunu edə biləcəklər.

Beş əvəzetmə 3 vaxtda həyata keçiriləcək. Fasilədə edilən dəyişikliklərin limitə aidiyyatı yoxdur.

Əvəzetmə vaxtının azaldılması əsasən oyunun dinamikasının qorunub-saxlanılmasına görə həyata keçirilib”.

Digər Xəbərlər
Xəbər Lenti