“Neftçi” rəhbərliyi Zaur Qəhrəmanovun 10000 manatlıq tapşırığını icra etmir

17 İyul 2021 20:00 I Divizion 1 361
“Neftçi” rəhbərliyi Zaur Qəhrəmanovun 10000 manatlıq tapşırığını icra etmir

"Neftçi-2" rəsmiləri klubun Müşahidə Şurasının üzvü Zaur Qəhrəmanovun tapşırığını yerinə yetirməyib.

O, I Divizionda çempion titulu qazanan əvəzedici komandanın mükafatlandırılmasına dair göstəriş versə də, idarəçilər buna məhəl qoymayıb.

Aradan 1 ay keçsə də, “Neftçi-2”nin futbolçuları hələ onlara vəd olunan pulu ala bilməyiblər. Məbləğ yenə böyük olsaydı, gənc oyunçuları yandırıb-yaxmazdı.

İş ondadır ki, 64 xalla qızıl medallara sahib çıxan kollektivə vur-tut 10 min manat mükafat ödənilməlidir.

Hansı ki, əsas komandanın hər birinin alacağı “ənam” bundan 3 dəfə çoxdur: yəni, adambaşına düşən mükafat 30 min manatdır.

O da maraqlıdır ki, “Neftçi” rəhbərliyi “A” komandanın pulunu verməyə başlasa da, başıbəlalı 10 min manatdan xəbər-ətər yoxdur.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"