AFFA tanınmış məşqçinin Divizionda işləməsinə izn vermədi

14 İyul 2021 21:00 I Divizion 1 884
AFFA tanınmış məşqçinin Divizionda işləməsinə izn vermədi

AFFA Əsgər Abdullayevin “Turan Tovuz”a qayıdışına mane olub.

Sportinfo.az-ın məlumatına görə, qərb təmsilçisinin rəhbərliyi keçmiş baş məşqçiləri ilə yenidən əməkdaşlığa maraq göstərsə də, federasiya bu izdivaca qarşı çıxıb.

Qurum İlham Yədullayevlə işbirliyinə son verən I Divizion təmsilçisinə başqa çalışdırıcı tapmağı məsləhət görüb.

Ə.Abdullayev müxtəlif vaxtlarda iki dəfə Tovuz klubunun sükanı arxasında dayanıb. O, 3 ilə yaxındır “Araz-Naxçıvan”da işləyir.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?