Millinin sabiq müdafiəçisi Divizionda baş məşqçi oldu

10 İyul 2021 15:00 I Divizion 1 340
Millinin sabiq müdafiəçisi Divizionda baş məşqçi oldu

Dünən açıqladığımız kimi, “Qaradağ Lökbatan”da növbəti baş məşqçi dəyişikliyi baş verib,

Elçin Dərgahquliyevin posta qayıdışı cəmi bir neçə gün çəkib.

I Divizionda mübarizə aparan komandanın sükanı arxasında Nazim Əliyevi əvəzləyən mütəxəssis klub rəhbərliyi ilə yaşadığı problem üzündən buradxan ayrılmağı lazım bilib.

Dərgahquliyev heyəti özünün formalaşdıracağını deyib və tapşırıqla futbolçu götürməkdən imtina edib. O, bu şərtlər daxilində işləyə bilməyəcəyini söyləyib və ərizəsini yazıb.

Vəziyyəti belə görən QL rəsmiləri vaxt itirmədən yeni çalışdırıcı gətirib.

Belə ki, bunadək klubun uşaq futbol məktəbində fəaliyyət göstərən Rafael Əmirbəyovu görəvə gətirib. Millinin və «Bakı»nın keçmiş müdafiəçisi ilə 1 illik müqavilə imzalanıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti