“Qəbələ” 300 min istəyir - I Divizionda 12 komanda

29 İyun 2021 15:00 I Divizion 923
“Qəbələ” 300 min istəyir - I Divizionda 12 komanda

I Divizionda 2021/2022 mövsümü üçün 12 komandanın iştirakı təsdiqlənib.

"Zaqatala", "Turan Tovuz", "Kəpəz", MOİK, "Qaradağ Lökbatan", "Nefçi-2", "Qarabağ-2", "Keşlə2", "Sumqayıt-2", "Sabah-2", "Zirə-2" və "Səbail-2"nin yarışa qatılacağı dəqiqləşib.

Bu o deməkdir ki, I Divizion ən azı 12 komandanın iştirakı ilə keçiriləcək. "Qəbələ" əvəzedici komandalarının yarışda iştirak edib-etməyəcəyi ilə bağlı məktuba cavab üçün vaxt istəyib.

Onların cavabından sonra I Divizionun nə vaxt başlayacağı, neçə dövrədən ibarət olacağı və digər detallar məlum olacaq.

2020/2021 mövsümündə I Divizionda 10 komanda iştirak edib. "Neftçi-2" 27 turdan sonra 64 xalla qızıl medallara sahib çıxıb.

”Zirə” ilə”Səbail”dən fərqli olaraq, “Qəbələ” ilə qeyri-müəyyənliyin yaranması maliyyə çatışmazlığından qaynaqlanır. Əyalət təmsilçisi I Diviziona qayıdış üçün AFFA-dan onlara ayrılmış ümumi yardım paketinin artırılmasını istəyir.

Həmin məblğ minumum 300 min manat təşkil edir. “Qırmız-qaralar” federasiyanın verdiyi 1,5 milyon manatın əsas komanda və akademiyanın saxlanılmasına belə, bəs etmədiyini göstərir.

Hətta quruma təklif olunub ki, ianənin hara xərclənməsi araşdırsın. “Qəbələ”nin prezidenti problemin yoluna qoyulması üçün AFFA-nlın icraçı vitse-prezidenti Elxan Məmmədova görüş keçirməyi təklif edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!