Fəaliyyəti bərpa olunan komandaya bu işlər tapşırıldı

24 İyun 2021 15:00 I Divizion 732
Fəaliyyəti bərpa olunan komandaya bu işlər tapşırıldı

"Zirə"nin əvəzedici komandası 2021/2022 mövsümündə I Divizionda çıxış edəcək.

Qəsəbə təmsilçisinin rəsmi saytı Sportinfo.az-ın bir müddət əvvəl yaydığı xəbəri təsdiqləyib.

1 illik fasilədən sonra fəaliyyəti bərpa olunan “dubl”a Azər Məmmədov baş məşqçi təyin olunub.

Köməkçi funksiyasını isə Hacı Əhmədov yerinə yetirəcək. Sonuncu buna kimi 6 ay əsas komandada Rəşad Sadıqovun yardımçısı olub.

Onların yerinə yetirməli olduğu vəzifə ciddidir: “A” komandanın oyun sisteminə uyğun iş görmək və 3 gənc futbolçu hazırlamaq. Azər Məmmədovun bura gətirməsi də təsadüfi deyil.

O, xeyli müddətdir “Zirə”də çalışır və son olaraq U-19-un sükanı arxasında dayanıb. Əvəzedici heyətin özəyini də elə onun yaxından tanıdığı bu futbolçular təşkil edəcək.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!