Klub prezidenti: "Kuratorla danışmışam, mənə dedi ki…"

13 İyun 2021 09:40 I Divizion 1 253
Klub prezidenti: "Kuratorla danışmışam, mənə dedi ki…"

«Məşqçi korpusu öz yerində qalacaq, amma bütün futbolçular haqda eyni sözləri deyə bilmərəm».

Bu sözləri Sportinfo.az-a açıqlamasınla «Zaqatala»nın prezidenti Musa Qurbanov deyib.

I Divizionda son mövsümü gümüş medalla bitirən əyalət klubunun rəhbəri büdcə artımının olmayacağını bildirib:

«Hər ötən il xərclər artır. Gündəlik həyatda da bunu görürük. Ancaq bizim AFFA-dan başqa himayədarımız yoxdur. Kluba pul yalnız oradan gəlir.

Kuratorla danışmışam, mənə dedi ki, ötən il nə qədər vəsait ayırıblarsa. Gələn mövsüm üçün də o pulu «Zaqatala»ya verəcəklər.

Büdcəni artırmaq imkanımız yoxdur, çünki başqa sponsorlar tapa bilmirik. Bu səbəbdən bir neçə aparıcı futbolçularla vidalaşmaq məcburiyyətində qalırıq.

Onlara 800-1000 manat təklif edən komandalar var. «Kəpəz» və «Qaradağ Lökbatan»dan dəvət alanları saxlamaq çətindir.

Rüstəm Məmmədov neçə ildir komandanın başındadır. Ondan razıyıq və işini davam etdirəcək. İnanıram ki, o, savadı və işküzarlığı sayəsində yenə əzmkar komanda yaradacaq».

Digər Xəbərlər
Xəbər Lenti