"Turan Tovuz"un baş məşqçi postuna 3 namizəd

4 İyun 2021 17:40 I Divizion 1 289
"Turan Tovuz"un baş məşqçi postuna 3 namizəd

İlham Yadullayevla vidalaşan «Turan Tovuz»un baş məşqçisi postuna namizədlər müəyyənləşib.

Sportinfo.az-ın məlumatına görə, onların sayı 3-dür.

Belə ki, namizədlərdən Əfqan Talıbov klubun Müşahidə Şurasının üzvüdür. Onun sonuncu iş yeri 5 il öncə «Şərurspor» olub.

I Divizionda danışılmış oyunlarda iştirak şübhəsi ilə AFFA tərəfindən cəzalandırılan və fəaliyyətini dayandııran «Şərurspor»dan sonra ona dəvət göndərəcək komanda tapılmayıb.

Yaxınlarda «Sabah»dan ayrılan Rövşən Babayev və «Turan Tovuz»un Futbol Akademiyasının baş koordinatoru Adil Şükürov da Yədullayevi əvəzləməyə namizəddir.

İlham bəyin gedişi mövsümün yekunları ilə bağlıdır. Qərb təmsilçisi «futbol ili»ni turnir cədvəlində 3-cü pillədə başa vurub ki, bu da rəhbərliyi gənc çalışdırıcıdan narazı salıb.

Odur ki, ilyarım öncə komandaya dəvət olunan Yadullayevlə müqavilə uzadılmayıb.

«Neftçi-2» 64 xalla sezonu birinci yerdə tamamlayıb. «Zaqatala» gümüş medalı qazanıbsa, 51 xal toplayan «Turan» üçüncü olub. Halbuki Tovuz komandası qış fasiləsinə rəqiblərindən 8 xal irəlidə yollanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti