FİFA-dan "Turan Tovuz"la bağlı müraciətə müsbət cavab gəlib

31 May 2021 19:40 I Divizion 2 063
FİFA-dan "Turan Tovuz"la bağlı müraciətə müsbət cavab gəlib

AFFA İcraiyyə Komitəsi bu gün keçirilən videokonfrans formatında iclası “Turan Tovuz” Futbol Klubunun nəzdində inşa olunmuş Akademiyanın saxlanılması üçün 1 illik 400 000.00 AZN vəsait tələb olunması məsələsinə baxıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb. Bildirilib ki, bununla əlaqədar AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Layihə FİFA tərəfindən müsbət dəyərləndirilib. Növbəti 3 il ərzində “Turan Tovuz” Futbol Klubunun nəzdindəki akademiya FİFA-nın ayırdığı vəsait hesabına maliyyələşəcək.

Digər Xəbərlər
Xəbər Lenti
29 Oktyabr 18:10 Çək və bizə göndər!
29 Oktyabr 13:50 "Sportinfo TV”də GÜNDƏM
29 Oktyabr 08:20 9:1 necə udublar?