Bölgə klubu baş məşqçi ilə yollarını ayırdı

29 May 2021 16:00 I Divizion 1 422
Bölgə klubu baş məşqçi ilə yollarını ayırdı

«Turan Tovuz»un baş məşqçisi İlham Yadullayev postundan ayrılıb.

Sportinfo.az-ın məlumatına görə, bu, mövsümün yekunları ilə bağlıdır.

Qərb təmsilçisi «futbol ili»ni turnir cədvəlində 3-cü pillədə başa vurub ki, bu da rəhbərliyi gənc çalışdırıcıdan narazı salıb. Odur ki, ilyarım öncə komandaya dəvət olunan Yadullayevlə müqavilə uzadılmayıb.

«Neftçi-2» 64 xalla sezonu birinci yerdə tamamlayıb. «Zaqatala» gümüş medalı qazanıbsa, 51 xal toplayan «Turan» üçüncü olub.

Halbuki Tovuz komandası qış fasiləsinə rəqiblərindən 8 xal irəlidə yollanmışdı.

Digər Xəbərlər
Xəbər Lenti