"Baş məşqçini "Kəpəz"ə biz göndərmişik, biz də geri çağıracağıq"

13 May 2021 17:40 I Divizion 1 477
"Baş məşqçini "Kəpəz"ə biz göndərmişik, biz də geri çağıracağıq"

AFFA «Kəpəz»in baş məşqçisi Yaşar Vahabzadənin xahişini geri çevirib.

İki ildir Gəncə təmsilçisində çalışan mütəxəssis yeni mövsümə də burada başlayacaq.

Gənclər yığmasının sabiq sükançısı qərb klubunda işləməkdən yorulduğunu və istirahət etmək istədiyini bildirmişib. O, I Divizionda missiyasının başa çatdığını və artıq heç bir perspektiv görmədiyini söyləmişdi.

Yerli publika ondan narazıdır. Azarkeşlər dəfələrlə onun əleyhinə aksiya keçirib, istefasını tələb edib.

Gəncəli fanatlarlə yanaşı, komandanın əksər futbolçuları da Vahabzadə ilə yola getmir. Bu səbəbdəndir ki, o, son turlarda meydançaya buraxmağa oyunçu tapa bilmir.

Fəqət, AFFA Yaşar bəyin gedişinin «Kəpəz»ə daha çox problem yaradacağı qənaətindədir. Klub yönətiminə də bu mesajı çatdırıblar: «Baş məşqçini ora biz göndərmişik, biz də istədiyimiz vaxt geri çağıracağıq».

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti