"Kəpəz"dən getmək üçün AFFA-ya müraciət etdi - "YORULMUŞAM"

9 May 2021 19:00 I Divizion 1 298
"Kəpəz"dən getmək üçün AFFA-ya müraciət etdi - "YORULMUŞAM"

«Kəpəz»in baş məşqçisi Yaşar Vahabzadə AFFA rəhbərliyinə müraciət edib.

Sportinfo.az-ın məlumatına görə, o, iki mövsümdür çalışıdırdığı Gəncə təmsilçisindən ayrılmaq istədiyini bildirib.

Gənclər yığmasının sabiq sükançısı qərb klubunda işləməkdən yorulduğunu və istirahət etmək istədiyini bildirib. O, buradakı missiyasının başa çatdığını və artıq heç bir perspektiv görmədiyini söyləyib.

«Kəpəz» 25 tura eyni sayda xal toplayıb və turnir cədvəlinin 7-ci pilləsində yer alıb. Yerli publika ondan buna görə naarazıdır. Azarkeşlər dəfələrlə onun əleyhinə aksiya keçirib, istefasını tələb edib.

Gəncəli fanatlarlə yanaşı, komandanın əksər futbolçuları da Vahabzadə ilə yola getmir. Bu səbəbdəndir ki, o, son turlarda meydançaya buraxmağa oyunçu tapa bilmir.

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"