COP29

“Düşünmürəm ki, “Qarabağ”dan nədənsə geri qaldıq” – İddialı kapitan

5 İyun 17:20 Zirə 1 156
“Düşünmürəm ki, “Qarabağ”dan nədənsə geri qaldıq” – İddialı kapitan

Azərbaycan kubokunun final qarşılaşması kifayət qədər maraqlı alındı.

Əksəriyyət “Qarabağ”ın asan qələbə qazanacağını gözləsə də, “Zirə” güclü rəqibinə sözün əsl mənasında diş göstərdi.

Oyun ağdamlıların 2:1 hesablı qələbəsi ilə başa çatdı. Halbuki zirəlilər son dəqiqələrdə hesabı bərabərləşdirə bilərdi.

"Qartallar"ın kapitanı Qismət Alıyev Sportinfo.az-a maraqlı açıqlamalar verib:

“Məğlub olsaq da, fikrimcə, matçı izləyənlər üçün maraqlı oyun oldu. Düşünmürəm ki, “Qarabağ”dan nədənsə geri qaldıq.

Razıyam, futbol mənasında bizdən bir az üstün görünürdülər. Vurduqları qol da bizim diqqətsizliyimizdən oldu.

İkinci hissədə “Qarabağ”la ayaqlaşmağı bacardıq. Son saniyələrdə əlimizə düşən imkanlardan yararlana bilsəydik, fərqli sonluq görə bilərdik. İstənilən halda yaxşı mövsüm keçirdiyimizi deməliyəm”.

Ölkə kubokun finalında məğlub olmasına baxmayaraq, Premyer Liqanı gümüş medallarla başa vuran “Zirə” avrokubokların 2024/25 mövsümündə Avropa Liqasında mübarizə aparacaq.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti