Rəşad Sadıqov: "Bu gün uduzduq və bu, yenə baş verə bilər"

20 Sentyabr 2020 20:30 Zirə 1 461
Rəşad Sadıqov: "Bu gün uduzduq və bu, yenə baş verə bilər"

“Hakim idarəçiliyindən çox da narazı qaldığımı deyə bilmərəm.

Oyunun içində emosiyalar olur. Yaxşı olardı ki, mübahisəli epizodlarla bağlı icmala baxandan sonra fikir bildirək".

Sportinfo.az xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın III turunda evdə "Sabah"a 0:2 hesabı ilə uduzduqları matçdan sonra mətbuat konfransında deyib.

38 yaşlı mütəxəssis bildirib ki, qarşılaşmada bəzi səhvlər etdilər: "Futbol səhv oyunudur. Kim daha çox səhv edəcəksə, qarşı tərəf qələbə qazanacaq. Rəqib bunlardan daha çox istifadə etdi.

Öz səhvimizdən birinci qolu buraxdıq. Hücumlarımız alınırdı, amma bizi əks-hücumda yaxaladılar. Məğlubiyyətlər qaçılmazdır. Bu gün uduzduq, bu, yenə baş verə bilər. Əsas odur ki, düzgün nəticə çıxarmağa çalışaq".

Gənc baş məşqçi mövsümdə ilk dəfə məğlub olduqları matçdan əvvəl hücumda dəyişiklik etmək istədiklərini vurğulayıb: “100 faizlik şanslardan yararlana bilmədik.

Hiss edirdik ki, Davit Volkovu hücuma keçirəndə qol imkanları daha çox olacaq, belə də oldu. Bir neçə dəfə şansımız yarandı. Amma yararlana bilmədik".

Digər Xəbərlər
Xəbər Lenti