“Neftçi”ni 10 nəfərlə “soyuq duş”a “qonaq etdilər” - VİDEO

21 Aprel 00:40 Zirə 668
“Neftçi”ni 10 nəfərlə “soyuq duş”a “qonaq etdilər” - VİDEO

Azərbaycan Premyer Liqasında XXXI turun daha bir oyunu keçirilib.

Sportinfo.az xəbər verir ki, "Zirə" "Neftçi"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. "Qartallar"da 43-cü dəqiqədə Rəhim Sadıxov, 78-ci dəqiqədə Fuad Bayramov, 85-ci dəqiqədə Vladislav Kulaç fərqlənib.

"Ağ-qaralar"ın yeganə qolunu 19-cu dəqiqədə penaltidən Emin Mahmudov vurub.

Bundan əlavə, qəsəbə təmsilçisində Ceyhun Nuriyev 67-ci dəqiqədə ikinci sarı vərəqəni alaraq meydandan qovulub.

Qələbə sayəsində xallarının sayını 49-a çatdıran "Zirə" ikinci pilləyə yüksəlib. Hesabında 47 xal olan "Neftçi" isə dördüncü sıraya enib.

Zirə İdman Kompleksinin stadionu, 800 tamaşaçı
Baş hakim: İnqilab Məmmədov
Baş hakimin köməkçiləri: Namiq Hüseynov, Rahil Ramazanov
Dördüncü hakim: Kamal Umudlu
VAR: Cavid Cəlilov
AVAR: Müslüm Əliyev
Hakim-inspektor: Əmrah İbrahimov
AFFA nümayəndəsi: İlham Əliyev
Sarı vərəqələr: İsmayıl İbrahimli, 36 (qeyri-idman hərəkəti); Ceyhun Nuriyev, 59, 67 (qeyri-idman hərəkəti); Ruan Renato, 65 (qeyri-idman hərəkəti); Abbas İbrahim, 84 (qeyri-idman hərəkəti) // Yuri Matias, 35 (qeyri-idman hərəkəti); Yeqor Boqomolski, 42 (qeyri-idman hərəkəti); Mark Tamaş, 65 (qeyri-idman hərəkəti)
Rəsmi şəxslərə göstərilən sarı vərəqələr: Saşa Petroviç, 39 (hakimin qərarına etiraz); Miodraq Bojoviç, 43 (hakimin qərarına etiraz)
Qırmızı vərəqə: Ceyhun Nuriyev, 67
Qollar: Rəhim Sadıxov, 43; Fuad Bayramov, 79; Vladislav Kulaç, 84 // Emin Mahmudov, 19 (p.)
Artırılan vaxt: I hissədə 3 dəq; II hissədə 5 dəq.

“Zirə”
97. Tiaqo Silva
10. Rəhim Sadıxov
(11. Rüstəm Əhmədzadə, 70)
32. Qismət Alıyev (k)
20. İsmayıl İbrahimli
(21. Hacıağa Hacılı, 70)
16. Fuad Bayramov
29. Ceyhun Nuriyev
4. Ruan Renato
44. Dmitrios Çantakias
23. Rafael Utziq
(9. Vladislav Kulaç, 70)
28. Abbas İbrahim
(5. Stefan Aka, 88)
19. Salifu Suma
(6. Eldar Quliyev, 70)
Ehtiyat oyunçular:
41. Anar Nəzirov
50. Səlim Həşimov
17. Araz Abdullayev
8. İlkin Muradov
66. Pərviz Azadov
24. Sezar Meza Kolli
Baş məşqçi: Rəşad Sadıqov

“Neftçi”
93. Rza Cəfərov
10. Filip Ozobiç
(17. Rəhman Hacıyev, 82)
8. Emin Mahmudov (k)
14. Eddi İsrafilov
3. Höccət Haqverdi
4. Mark Tamaş
99. Ervin Koffi
44. Yuri Matias
9. Andre Şinyaşiki
(11. Kilan Lebon, 70)
88. Brayan Moreno
77. Yeqor Boqomolski

Ehtiyat oyunçular:
1. İvan Brkiç
95. Rəvan Kazımov
2. Qara Qarayev
7. Azər Əliyev
91. Ağadadaş Salyanskiy
16. Lukas Melano
22. Reziuan Mirzov
6. Dieqo Valdez
23. Ataa Caber
20. Alfa Konte
Baş məşqçi: Miodraq Bojoviç

Digər Xəbərlər
Xəbər Lenti