“Zirə”li futbolçudan təhlükəli hərəkət - FOTO

16 May 2020 10:52 Zirə 958
“Zirə”li futbolçudan təhlükəli hərəkət - FOTO

Ötən gün “Zirə”nin əsas komandasının üzvlərindən COVID-19 testi götürülüb.⁣

Bu, AFFA-nın təlimat və tövsiyəsinə əsasən gerçəkləşib.

Klubun üzvləri təlim-məşq bazasında müayinə olunub. Testin nəticəsi kollektivin heç bir üzvündə pozitiv çıxmayıb. Lakin…

“Zirə”nin mətbuat xidmətinin yaydığı fotoşəkillərdə bir ciddi fakt diqqət çəkir. Söhbət İlkin Muradovun qan analizi verərkən, maskadan imtina etməsindən gedir.

Gənc yarımmüdafiəçi təlimata uymayaraq, onu çənəsinin altında yerləşdirib. Halbuki bu zaman aldığı nəfəs yaxın məsafədəki həkimə təhlükə vəd edir.

Amma çox qəribədir ki, tibb işçisi İlkin kimi buna fikir verməyib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti