"Zirə"də koronavirus testi keçiriləcək" - Klub rəsmisi

13 May 2020 20:00 Zirə 633
"Zirə"də koronavirus testi keçiriləcək" - Klub rəsmisi

Mətbuatda yayılan xəbərlərə görə, Premyer Liqa klublarının mayın 15-dən məşqlərə başlayacağı deyilir.

Sportinfo.az-a açıqlamasında "Zirə"nin baş meneceri Elmar Himayətoğlu bu haqda rəsmi nəsə olmadığını bildirib: "Hazırda bu haqda rəsmi məlumat yoxdur. Biz də belə xəbərləri ordan-burdan eşidirik"

Klub rəsmisi AFFA-nın klublara koronavirus testindən keçməklə bağlı tövsiyəsinə də münasibət bildirib: "Məşqlər başlasa, "Zirə"də koronavirus testi keçiriləcək. Təkcə futbolçular üçün yox, bütün komanda bu testdən keçiriləcək".

Digər Xəbərlər
Xəbər Lenti