"Zirə"də dayanmaq yoxdur - VİDEO

1 May 2020 12:02 Zirə 688
"Zirə"də dayanmaq yoxdur - VİDEO

"Zirə" ölkədə karantin rejimi bitəndən sonra məşqlərə başlamaq niyyətindədir.

Sportinfo.az xəbər verir ki, qəsəbə təmsilçisi mayın 5-də məşqə başlamaq istəyir.

Evdəki məşqlər meydandakı hazırlığın yerini verə bilməz. Amma qismən də olsa, futbolçuları tonusda saxlamağa kömək edir. Odur ki, "Zoom" proqrammı vasitəsilə onlayn çalışmalarını davam etdirir.

Peşəkar Futbol Liqası mayın 4-də ölkədə karantin rejimi ləğv olunacağı halda mayın 21-də I Divizionun, mayın 23-də isə Premyer Liqanın bərpasının nəzərdə tutulduğunu açıqlayıb.

Digər Xəbərlər
Xəbər Lenti