
"Zirə" Azərbaycan Premyer Liqasının 36-cı turunda doğma meydanda "Səbail"lə qarşılaşacaq.
Sportinfo.az xəbər verir ki, "qartallar" oyunun hazırlığını yekunlaşdırıb. “Zirə” PFK-nın idarə heyətinin sədri Orxan Məmmədov vacib oyundan əvvəl komanda ilə görüşüb.
"Zirə" - "Səbail" qarşılaşması bu gün saat 19:00-da Zirə İdman Kompleksinin stadionunda baş tutacaq.