Ermənilərdən canını qurtaran Emil Balayevin "məcburiyyəti"

6 Mart 2020 12:02 Zirə 793
Ermənilərdən canını qurtaran Emil Balayevin "məcburiyyəti"

Emil Balayevin "Zirə"yə keçidinin çoxluq tərəfindən atəşə tutulacağı məlum məsələ idi.

Sosial şəbəkələrdə gedən müzakirələr də bunu əyani olaraq göstərdi.

Aydın məsələdir ki, əksəriyyət millinin əsas qapıçılarından olan Balayevin "Tobol"dan sonra məhz 8 klublu, intriqasız Azərbaycan çempionatını seçməsini gözləmirdi.

Təbii ki, millinin əsas simalarından olan qapıçının legioner həyat yaşaması komandamız üçün daha əlverişli və faydalı olardı. Ancaq… Ancaq o halda ki, onun üçün ideal variant yaranardı və o da yenidən "soyuq". "quru" keçən çempionatımızı seçməzdi.

Balayev "Tobol"dan ayrıldıqda bildirmişdi ki, məhz erməni baş məşqçinin gəlişindən sonra klubdan ayrılmaq qərarına gəlib. Bu mövzuda da onu çox qınayanlar oldu.

Lakin gedişat göstərdi ki, erməni baş məşqçi Aleksandr Qriqoriyanın gəlişi ilə kluba daha 3 erməni futbolçu cəlb edildi və Qazaxıstan təmsilçisi belə demək mümkünsə, erməniləşdirildi. Erməni bu halda, qolkiperin orada qalması ən azı, mənəvi yüklü məsələlər səbəbindən düzgün olmazdı.

Düzgün olmazdı deyəndə ki, basqıların artdığı bir yerdə bir insan nə qədər qala bilərdi ki? Bu məsələdə peşəkarlıq tələb edən şəxslər özü bu basqı altında əminəm ki, qalmazdı. Elə Emil də qalmadı. Balayev yol yaxınkən, ziyana çox da getməmiş Kostanay klubunu tərk etdi. Düz, ya səhv, təbii ki, bunu bizə zaman göstərəcək. Amma indiki hal üçün o, ən doğru seçimini edib bu məsələdə. Fəqət, soruşula bilər ki, "Tobol"dan erməni baş məşqçidən ayrılmasını, başa düşdük, amma nəyə görə, məhz "Zirə"? Məcburiyyətdən. Emil Bakı klubunu zaman qazanmaq məqsədi ilə seçdi. Yaxşı forma yığmışkən, neçə ay klubsuz qalmaq ona həm psixoloji cəhətdən mənfi təsir edərdi, həm də fiziki. Bu da onun Azərbaycan çempionatına qayıtmasını zəruri etdi. Yoxsa ki, futbolçu neçə ay öncəyə qədər burada oynamağı heç düşünmürdü də. Yaxşı, Emildə günah yoxdurmu? Sözsüz ki, var. Bəlkə də, məsələnin ən lazımlı tərəfinin günahı futbolçunun özündədir. Bir oyunçunun xarici klublarda çıxış etməsi nə qədər öz üzərinə düşən məsələdirsə, bir o qədər də onun menecerindən asılıdır. Emilıin menecer seçimi doğru olsaydı, sözsüz ki, yanvardan bu yana olan müddətdə Avropada ortabab bir klubla anlaşmaq olardı. Emil məncə, qarşıdakı 3 ay müddətində klub axtarışından öncə, menecer axtarışına çıxmalıdır. Ümid edək ki, gözləntilərin çox olduğu milli futbolçumuz bu məsələdə də ən doğru qərar verəcək. Əks halda, millinin əsas sütunlarından birinə çevirilən gənc futbolçu da xaricə gedib, karyerasına bir gün ağlaya bilməyən digər azərbaycanlı futbolçuların gününə düşəcək.

Naibə Məmmədova

Xəbər Lenti