Anlaşdığı klubun adını gizli saxlayır - "Zirə"dən gedən

14 Yanvar 2020 15:07 Zirə 1 041
Anlaşdığı klubun adını gizli saxlayır -

“Zirə” ilə yollarını ayıran Soni Norde karyerasını Malayziyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Hindistan mətbuatı məlumat yayıb.

Xəbərdə Nordeyə “Zirə”dən ayrıldıqdan sonra “İst Benqal” və “Mohun Baqan”dan təklif gəlsə də, haitili hücumçunun cavabının “yox” olduğu bildirilib.

Daha əvvəl də Hindistanda “Mohun Baqan” və “Mumbay Siti” kimi klublarda forma geyinən 30 yaşlı futbolçunun yeni ünvanı Malayziya olacaq. Nordenin bu ölkədən adı açıqlanmayan bir klubla razılaşdığı və bu keçidin yaxın zamanda rəsmən açıqlanacağı bildirilir.

2019-cu ilin iyulunda “Zirə”yə transfer olunan Norde, Azərbaycan Premyer Liqasında 11 oyunda iştirak edib və 1 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti