Serb futbolçunu Azərbaycana qaytaran SƏBƏB - FOTO

11 Yanvar 2020 20:43 Zirə 2 839
Serb futbolçunu Azərbaycana qaytaran SƏBƏB - FOTO

2015/2018-ci illərdə "Zirə"nin formasını geyinmiş Yovan Krnetanın yenidən Azərbaycan klubunun düşərgəsinə qayıtmasının əsl səbəbi məlum olub.

Sportinfo.az-a daxil olan informasiyaya görə, 28 yaşlı mərkəz müdafiəçisinin Bakıya qayıtmasını və yenidən "Zirə"də çıxış etməsini həyat yoldaşı - voleybol millimizin üzvü Yelizaveta Səmədova (Liza Ruban) istəyib.

Millimizin ukraynalı legionerinin Krnetaya "daha az maaş olsa da, Azərbaycanda oyna" deməsini öyrənmişik. O üzdən son klubu "Levadiakos"dan ayrılan serbiyalı futbolçu Yunanıstanı Azərbaycana dəyişməyə qərar verib və köhnə klubunun qapısını döyüb.

"Zirə"nin məşqçilər korpusu oyun təcrübəsinin azlığından əziyyət çəkən müdafiəçi barədə qərar verməyə tələsmirlər. Qəsəbə klubunun çalışdırıcısı Zaur Həşimov Krneta ilə müqavilə bağlamağa daha 2 səbəbdən tərəddüd edir: zədəyə meylli olması və xasiyyət-xarakterini bəyənməməsi.

Qeyd edək ki, 2015-ci ildə Bakıda tanış olan cütlük 4 illik münasibəti ötən ilin yayında rəsmiləşdirərək nikaha daxil olublar.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"