Azərbaycanda "100"ü vuran ilk yunanıstanlı - “Zirə”li

4 Mart 2024 13:40 Zirə 975
Azərbaycanda "100"ü vuran ilk yunanıstanlı - “Zirə”li

“Zirə”nin müdafiəçisi Dmitrios Çantakias Azərbaycan çempionatlarında 100 oyun keçirən ilk yunanıstanlı futbolçu olub.

Sportinfo.az-ın Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, onun yubileyi Premyer Liqanın XXV turunda “Turan Tovuz”la qarşılaşmaya təsadüf edib.

29 yaşlı arxa xətt oyunçusu 1:1 hesabı ilə başa çatan görüşdə 90 dəqiqə meydanda olub. Çantakias çıxış etdiyi 100 oyunda ümumilikdə 6 qol vurub.

Dmitrios Çantakias 2020/2021 mövsümündən “Zirə”nin formasını geyinir.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!