Rəşad Sadıqovun Rəhim(siz) yeni “Sezar salatı”

11 Mart 17:40 Zirə 920
Rəşad Sadıqovun Rəhim(siz) yeni “Sezar salatı”

Sezar Meza Kolli bir həftə olmaz Azərbaycana qayıdıb.

Sezonun əvvəlini Səudiyyə Ərəbistanında keçirən, son 2 ayda klubsuz qalan paraqvaylı yarımmüdafiəçini Rəşad Sadıqov dünən meydana buraxdı.

O, bunu könüllü etmədi.

Artıq çəki yığmış, ideal formadan uzaq düşmüş cənubi amerikalı ikinci hissənin gedişində forma geyindi, təhlükəli qol vəziyyəti yaratdı, özü də fərqləndi.

Aylarla yaşıl sahələrdən uzaq qalmış Sezarın debüt matçında özünü yaxşı tərəfdən göstərməsi, əslində, «Zirə»nin orta sahəsindəki problemlərin çoxluğunun xəbərçisidir.

Dəymədüşər və əhlikef Rəhim Sadıxov baş məşqçisini boğaza yığıb. Verilən tapşırıqları icra etmir, edəndə də o səviyyədə etmir.

«Zirə» «Qəbələ» ilə bahəm çempionatın ən qol vuran iki iştirakçısından biridir. Bu «dişsizliy»i yalnız hücumçuların üstünə yıxmaq olmaz.

İkinci zonanın söz sahiblərini də söhbətə çəkmək lazımdır. Onlardan da çox şey asılıdır.

Sezarın son anda gerçəkləşən keçidi ilə «Zirə»nin yaradıcılığı artacaq, Rəşad Sadıqovun narahatlığı nisbətən azalacaq.

ELXAN

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"