Azərbaycan komandası mundialda 10-cu yeri tutdu

08:00 Cüdo 55
Azərbaycan komandası mundialda 10-cu yeri tutdu

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə gənclər arasında dünya çempionatının fərdi yarışlarından sonra ölkələrin yekun sıralaması müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) medal cədvəlində Azərbaycan 10-cu pillədə qərarlaşıb.

Millimiz mundialın fərdi yarışlarını bir gümüş və iki bürünc medalla tamamlayıb. Ramazan Əhmədov (+100 kq) gümüş, Məhəmməd Musayev (66 kq) və Davud Namazlı (100 kq) isə bürünc medal qazanıblar.

Medal cədvəlinə dörd qızıl, iki gümüş və dörd bürünc mükafatla Rusiya başçılıq edib. İki qızıl və bir gümüş medal qazanan Türkiyə ikinci, iki qızıl və bir bürünc medala sahib olan Fransa isə üçüncü yeri tutub.

Azərbaycan fərdi yarışlarda doqquz oğlan və beş qız olmaqla 14 cüdoçu ilə təmsil olunub.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu