Litva səfiri: “Bakının Avropa çempionatına ev sahibliyi böyük hadisədir”

03:40 Basketbol 37
Litva səfiri: “Bakının Avropa çempionatına ev sahibliyi böyük hadisədir”

Litvanın Azərbaycandakı səfiri Kestutis Vaskelyaviçyus 2027-ci ildə basketbol üzrə U-20 Avropa çempionatının B divizionunun oyunlarına Bakının ev sahibliyi edəcəyi münasibətilə Azərbaycanı təbrik edib.

Sportinfo.az xəbər verir ki, diplomat bu barədə "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.

"Basketbolla nəfəs alan bir ölkənin – Litvanın nümayəndəsi kimi Bakının 2027-ci il iyulun 9-dan 18-dək keçiriləcək U-20 Avropa çempionatının B divizionuna ev sahibliyi edəcəyini görməkdən xüsusilə məmnunam.

Bu, Azərbaycan basketbolu üçün böyük hadisə və gənc nəsil basketbolçuları ruhlandırmaq üçün gözəl fürsətdir. Təbriklər, Azərbaycan!" – deyə K.Vaşkeleviçus qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu