Tanınmış oyunçu canlı yayımda müsahibə zamanı huşunu itirdi - VİDEO

10:20 Hadisə 73
Tanınmış oyunçu canlı yayımda müsahibə zamanı huşunu itirdi - VİDEO

Argentina millisinin yarımmüdafiəçisi Leandro Paredes “Boka Xuniors”un Kolumbiyanın Barrankilya şəhərində keçirilən “Copa Sudamericana” finalında Braziliyanın “Atletiko Mineyro” klubunu 2:0 hesabı ilə məğlub edərək kubok qazanmasından az sonra televiziya müsahibəsi zamanı huşunu itirərək yıxılıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı oyunçu Barrankilyadakı isti və rütubətli havanın təsirinə məruz qalıb.

İkinci hissədə əvəzlənən Paredes müsahibə zamanı qəfil yıxılıb. Kadrlarda jurnalistin onun yerə dəyməsinin qarşısını almağa çalışdığı əks olunub.

İlkin tibbi yardımdan sonra ayağa qalxan futbolçu soyunub-geyinmə otağına gedib və komandasının qələbə şənliklərinə qoşulub. O, “Instagram”da azarkeşlərə təşəkkür edərək sadəcə başının gicəlləndiyini yazıb.

“Boka Xuniors”un baş məşqçisi Rodolfo Arruabarrena futbolçunun birinci hissənin sonuna yaxın başgicəllənmə yaşadığını, fasilədə vəziyyəti bir qədər düzəlsə də, ikinci hissənin 10-cu dəqiqəsindən etibarən yenidən çətinlik çəkdiyini bildirib.

Karyerasına “Boka Xuniors”da başlayan Paredes 2015-ci ildən etibarən Avropada “PSJ”, “Roma” və “Yuventus” klublarında çıxış edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu