Gəncə şəhər stadionunda Misli Premyer Liqasının XII turu çərçivəsində keçirin “Kəpəz” - “Qarabağ” matçını (0:0) izləmək üçün azarkeşlər arenaya axın edib.
Sportinfo.az xəbər verir ki, yağışlı hava şəraitinə baxmayaraq, qarşılaşmaya maraq olduqca böyük olub.
Biletlərin tam satılması səbəbindən stadionun kassaları son iki gündə fəaliyyət göstərməyib.
Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.
Bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.
