U-17 Liqasında kütləvi dava baş verib.
Hadisə “Araz-Naxçıvan” və “EFA” komandaları arasında keçirilən oyunda yaşanıb. Qarşılaşma Naxçıvan təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Final fitindən sonra “Araz-Naxçıvan”ın futbolçularının qələbəni emosional şəkildə qeyd etməsi rəqib komandanın oyunçularının narazılığına səbəb olub. Nəticədə tərəflər arasında mübahisə yaranıb və bu, kütləvi davaya çevrilib.
Baş hakim hadisə zamanı cəmi futbolçunu qırmızı vərəqə ilə cəzalandırıb. Çətinliklə tərəfləri sakitləşdirmək mümkün olub.
İnsident AFFA İntizam Komitəsində geniş araşdırılacaq. Ehtimal olunur ki, baş hakimin diqqətindən yayınan, lakin davada fəal iştirak edən bir neçə futbolçu da əlavə cəzalara məruz qalacaq.
Aşağıdakı linkə daxil olaraq davanı özündə əks etdirən videonu izləyə bilərsiniz:
XANOĞLAN/ SPORTİNFO.AZ
