"Barselona" bu gün saat neçədə Bakıya ayaq basacaq?

09:00 Gündəm 48
"Barselona" bu gün saat neçədə Bakıya ayaq basacaq?

“Barselona” Çempionlar Liqasının liqa mərhələsinin beşinci turu çərçivəsində "Sabah"a qarşı Bakıda keçiriləcək səfər oyunu ilə bağlı planlarını dəqiqləşdirib.

Sportinfo.az xəbər verir ki, Kataloniya təmsilçisi oyundan iki gün əvvəl, noyabrın 23-də axşam 21:00-da Bakıya gələcək.

Ertəsi gün Bakı Olimpiya Stadionunda "Barselona"nın baş məşqçisi Hans-Diter Flikin iştirakı ilə mətbuat konfransı keçiriləcək.

Bu tədbirə isə saat 19:15-də start veriləcək. Bundan 45 dəqiqə sonra isə komanda həmin stadionda son məşqinə çıxacaq.

“Sabah” və “Barselona” arasındakı qarşılaşma noyabrın 25-də keçiriləcək və görüşə 21:45-də start veriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu