"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vuruldu

05:00 Digər növlər 32
"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vuruldu

"İdman Paytaxtı" Qazax şəhərində İdman Festivalına yekun vurulub.

Sportinfo.az xəbər verir ki, 2026-cı ilin "İdman səfirləri" Vəfa Musayeva, Aynur Yusufova və Elçin Əsədov tonqal ətrafında festival iştirakçıları ilə bir araya gəliblər.

Səmimi şəraitdə keçən görüşdə səfirlər idmançılarla söhbət edib, onların suallarını cavablandırıblar.

Heydər Əliyev parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar davam etdirilib. İdmançılar təmsil etdikləri növlərə aid hərəkət və texnikaları nümayiş etdirərək bacarıqlarını göstəriblər.

Konsert proqramı təşkil edilib. Festival möhtəşəm atəşfəşanlıqla başa çatıb.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu