“Barselona” Lamin Yamalı Bakıya gətirməyəcək

“Barselona” Lamin Yamalı Bakıya gətirməyəcək

“Barselona”nın ulduzu Lamin Yamal Bakıya gəlməyəcək.

Sportinfo.az xəbər verir ki, bu barədə Kataloniya klubunun rəsmi saytı məlumat yayıb.

Bildirilib ki, “Vilyareal” ilə matçda zədələnən 18 yaşlı hücumçu Çempionlar Liqasında “Sabah”la matç üçün Azərbaycana gəlməyəcək. O, bərpa prosesi üçün Barselonada qalacaq.

“Sabah” – “Barselona” oyunu noyabrın 25-də keçiriləcək. Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşmanın start fiti saat 21:45-də səslənəcək.

Çempionlar Liqasının liqa mərhələsində 4 turdan sonra Azərbaycan təmsilçisi 3 xalla turnir cədvəlinin 31-ci, Kataloniya klubu isə 9 xalla 5-ci pilləsində qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti