Dünya çempionlarımızın Bakıdakı şanslarını qiymətləndirdilər

03:50 Güləş 39
Dünya çempionlarımızın Bakıdakı şanslarını qiymətləndirdilər

Dünya Güləş Birliyi (UWW) Bakıda keçiriləcək qrepplinq üzrə dünya çempionatı ərəfəsində Azərbaycan təmsilçiləri Fərhad Bağırov və Hacımurad Purtiyevin şanslarını qiymətləndirib.

Sportinfo.az xəbər verir ki, qurumun rəsmi saytında yayımlanan təhlildə ikiqat dünya çempionu Fərhad Bağırov 58 kq çəki dərəcəsinin əsas favoriti adlandırılıb.

UWW azərbaycanlı idmançının son iki ildə bu çəkidə üstünlük təşkil etdiyini vurğulayıb. Onun ən ciddi rəqibi kimi Qazaxıstan təmsilçisi Alixan Alşınbay göstərilib. Qrepplinq qi üzrə ikiqat dünya çempionunun Bağırovla mümkün görüşü yarışın diqqətçəkən qarşılaşmalarından biri kimi təqdim olunub.

Hacımurad Purtiyev isə 84 kq-da ötən il qazandığı dünya çempionu titulunu qorumağa çalışacaq. UWW onun çəki dərəcəsində gərgin rəqabət gözlənildiyini qeyd edib.

Təmsilçimizin rəqibləri sırasında polşalı Avropa çempionu Sebastian Patık yer alır. Dünya çempionatında debüt edəcək idmançı qızıl medalın iddiaçılarından biri sayılır.

Bundan başqa, 92 kq üzrə dünya çempionu rusiyalı Murad Abdulatipov da bu dəfə 84 kq-da çıxış edəcək. O, 2024-cü ildə də bu çəkidə dünya çempionu olub. Ötən mundialın gümüş mükafatçısı, digər Rusiya təmsilçisi Davud Maqomedov da iştirakçılar arasındadır.

Qrepplinq üzrə dünya çempionatı noyabrın 23-25-də Bakıda keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu