“Arsenal” və “Çelsi” “Komo”nun baş məşqçisi Sesk Fabreqası gələcəkdə komandaya gətirməkdə maraqlıdır.
Sportinfo.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Hər iki klub uzun müddətdir ispaniyalı mütəxəssisin fəaliyyətini izləyir və onu gələcəkdə baş məşqçi postuna gətirmək istəyir.
Fabreqasın İngiltərə Premyer Liqasına qayıdışının qaçılmaz olduğu bildirilir. Onun keçmiş klubları “Arsenal”ın və “Çelsi”nin bu təyinat uğrunda əsas namizədlər sırasında olacağı gözlənilir.
Fabreqas 2024-cü ilin iyulundan “Komo”ya rəhbərlik edir. Onun komandası hazırda İtaliya çempionatında 12 turdan sonra 26 xalla turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
“Arsenal” UEFA Çempionlar Liqasının liqa mərhələsinin son turunda, yanvarın 27-də Azərbaycan çempionu “Sabah”ı qəbul edəcək.
