"Sabah" - "Barselona" oyunu şotlandlara TAPŞIRILDI

16:00 Sabah 44
"Sabah" - "Barselona" oyunu şotlandlara TAPŞIRILDI

Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turunda keçiriləcək "Sabah" - "Barselona" (İspaniya) matçına hakim təyinatları açıqlanıb.

Sportinfo.az UEFA-nın saytına istinadən xəbər verir ki, görüşü Şotlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Baş hakim FİFA referisi Nikolas Uolş olacaq.

Ona yan xətt hakimləri kimi Frensis Konnor və Deniel Makfarleyn kömək edəcəklər. Dördüncü hakim funksiyasını Donald Robertson yerinə yetirəcək.

VAR Endryu Dallasa, AVAR isə Stiven Maklinə həvalə olunub.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək "Sabah" - "Barselona" matçı saat 21:45-də start götürəcək.

Digər Xəbərlər
Xəbər Lenti