Dünyanın məşhur klubuna görə Azərbaycana neçə nəfər gəlir?

Dünyanın məşhur klubuna görə Azərbaycana neçə nəfər gəlir?

Çempionlar Liqasındakı təmsilçimiz “Sabah” növbəti ciddi sınaq qarşısındadır.

Azərbaycan çempionu Liqa mərhələsinin 5-ci turunda dünya futbolunun nəhənglərindən “Barselona” ilə üz-üzə gələcək.

Qarşılaşmanın keçiriləcəyi Bakı Olimpiya Stadionunda demək olar ki, boş yer qalmayıb. Biletlər matça bir neçə gün qalmış tükənib.

Hazırda yalnız qiyməti kifayət qədər yüksək olan məhdud sayda bileti əldə etmək mümkündür. Bu isə o deməkdir ki, oyun günü arenada təxminən 65 min azarkeşin olacağı gözlənilir.

Həmin futbolsevərlərdən neçəsinin “Barselona”, neçəsinin “Sabah”a azarkeşlik edəcəyini indidən söyləmək çətindir. Bunu oyunun gedişatı göstərəcək.

Bununla belə, məlum olan odur ki, qonaq komandanın azarkeşləri üçün ayrılmış sektorda təxminən 700 nəfər yer alacaq.

Belə ki, “Barselona” rəhbərliyi “Sabah”a ünvanladığı müraciətdə 650-700 nəfərlik azarkeş dəstəsi üçün yer ayrılmasını istəyib.

Bununla yanaşı, azərbaycanlı azarkeşlərin arasında Kataloniya klubunun kifayət qədər tərəfdarlarının olduğu sirr deyil. Onların bir qisminin matç zamanı qonaq komandanı dəstəkləyəcəyi istisna deyil.

Noyabrın 25-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Sabah” – “Barselona” qarşılaşmasının start fiti saat 21:45-də səslənəcək.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti