Bu hadisənin səbəbkarı “Qarabağ” oldu - Premyer Liqada görünməmiş ajiotaj!

02:00 Azarkeş 39
Bu hadisənin səbəbkarı “Qarabağ” oldu - Premyer Liqada görünməmiş ajiotaj!

Misli Premyer Liqasında yeni tamaşaçı rekordu qeydə alınıb.

Sportinfo.az PFL-in saytına istinadən xəbər verir ki, 2026/27 mövsümünün yeni rekordu 12-ci turun “Kəpəz” - “Qarabağ” görüşünə (0:0) təsadüf edib.

Gəncə şəhər stadionundakı qarşılaşmanı 15500 izləyici seyr edib. Bu, cari mövsümdə ən yüksək göstəricidir.

Bunadək rekord “Kəpəz”in digər ev oyununda qeydə alınmışdı. 4-cü turun sentyabrın 4-də keçirilən “Şamaxı” ilə qarşılaşmasını (1:4) Gəncə şəhər stadionunda 15000 tamaşaçı seyr edib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu