Xankəndidə "Prezident kuboku" uğrunda yarış keçirildi

04:50 Digər növlər 34
Xankəndidə "Prezident kuboku" uğrunda yarış keçirildi

Xankəndidə "Prezident kuboku" uğrunda 5 kilometr məsafəyə qaçış yarışı təşkil olunub.

Sportinfo.az xəbər verir ki, 300-ə yaxın idmançı və iştirakçının mübarizə apardığı yarışın keçirilməsində məqsəd sağlam həyat tərzinin təbliği, atletikanın inkişafı və bölgədə idmana marağın artırılmasıdır.

Tədbirdə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin Xüsusi Nümayəndəliyinin əməkdaşı, Qarabağ Regional Gənclər və İdman İdarəsinin rəisi, Qarabağ Universitetinin Sağlam Həyat Mərkəzinin direktoru və Azərbaycan Atletika Federasiyasının baş katibi iştirak edib.

Yarışın sonunda müxtəlif kateqoriyalar üzrə qaliblər müəyyənləşib. Fərqlənən idmançılar medal və kuboklarla mükafatlandırılıblar.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu