Komandamız “Partizan” və “Srvena Zvezda”la qarşılaşdı

04:40 Basketbol 36
Komandamız  “Partizan” və “Srvena Zvezda”la qarşılaşdı

Azərbaycanın U-14 basketbol millisi Serbiyanın paytaxtı Belqradda keçirilən təlim-məşq toplanışını başa vurub. Gənc basketbolçular hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununda qüvvələrini sınayıblar.

Sportinfo.az xəbər verir ki, millimiz Serbiyanın “KK Cerak Beograd”, “Partizan” və “Srvena Zvezda” basketbol komandalarının müvafiq yaş qrupları ilə qarşılaşıb.

Yığmamız keçirilən üç görüşün birində qələbə qazanıb, ikisində isə məğlub olub.

Toplanış zamanı gənc basketbolçular beynəlxalq oyun təcrübəsi əldə edərək gələcək yarışlara hazırlıq baxımından faydalı sınaq keçiblər.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu