"Kəpəz"ə gəlib-gedən əcnəbilər arasında Yeqor Xvalko xüsusi seçilib.
Belaruslu müdafiəçi qısa müddətdə bölgə azarkeşlərinin sevimli futbolçusuna çevrilə bilmişdi.
Əbəs deyil ki, hətta kapitanlıq sarğısı ona tapşırılmışdı.
Amma gözlənilmədən klubdan ayrılmışdı.
Sportinfo.az-a açıqlamasında stoper buna görə klubun əvvəlki rəhbərliyini qınayıb:
"Mən dəfələrlə demişəm ki, o vaxt komandada qalmaq istəyirdim. Komandanın kapitanlarından biri idim, bu kollektivin bir parçası olmaq mənə xoş idi.
Təbii ki, stadion tikiləndə orada oynayacağımı düşünürdüm. Amma bəzi insanların sayəsində bu, baş tutmadı.
Bununla belə, problem görmürəm. Allah məni başqa cür mükafatlandırdı. Növbəti komandamla Qazaxıstan kubokunu qazandım və çempionatın bürünc medalına sahib oldum.
Komandada keçirdiyim hər üç mövsümdə mənə təklif olunan şərtlərlə razılaşmışam. Heç vaxt bir manat da artıq pul istəməmişəm".
29 yaşlı futbolçu "Kəpəz" formasında meydana çıxdığı 103 oyunda 3 qolla yadda qalıb.
XANOĞLAN
