Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

20:50 İngiltərə 45
Taleyi yeni baş məşqçidən asılıdır - Premyer Liqa mənsubunda

“Mançester Yunayted”in vingeri Amad Diallo qış transfer dövründə komandanı tərk edə bilər.

Sportinfo.az “Africa Foot”-a istinadən xəbər verir ki, 24 yaşlı futbolçu yeni baş məşqçi Maurisio Poçettinonun rəhbərliyi altında əsas heyətə düşə bilməsə, qışda klubdan ayrılmaq üçün rəhbərliyə müraciət edəcək.

Hazırda “Aston Villa” və “Beşiktaş” Diallonun xidmətində maraqlıdır. Ancaq oyunçunun “Mançester Yunayted”lə müddəti 2030-cu ilə qədər olan müqaviləsi var. Bu isə İngiltərə klubunun danışıqlarda mövqeyini gücləndirir.

Fil Dişi Sahilindən olan futbolçu cari mövsümdə bütün turnirlərdə 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. “Transfermarkt” portalı onun dəyərini 45 milyon avro qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti