“Bayern”in sabiq futbolçusu, hazırda “Aston Villa”da çıxış edən yarımmüdafiəçi Leon Qoretska İngiltərə klubuna keçidi barədə danışıb.
Almaniyalı yayda sərbəst agent olduqdan sonra yeni komanda seçiminə tələsməyib.
Onun “Aston Villa”ya keçidində baş məşqçi Unay Emeri həlledici rol oynayıb.
Sportinfo.az BBC-yə istinadən xəbər verir ki, Qoretska, ispaniyalı mütəxəssisin onun oyununu təhlil edərək, inkişaf istiqamətlərini göstərdiyini bildirib:
“Ətraflı təhlil vasitəsilə o, oyunumu necə daha da yaxşılaşdıra biləcəyini mənə göstərdi. Onun baxışları ilə razılaşdım, buna görə də bura gəlməyə qərar verdim”.
Yarımmüdafiəçinin “Aston Villa” ilə müqaviləsinin müddəti 2028-ci ilə qədər qüvvədədir.
