Ailəsi televizora baxırmış, evi qarət ediblər – “Barsa”nın futbolçusunun

23 Noyabr 2021 15:40 Hadisə 340
Ailəsi televizora baxırmış, evi qarət ediblər – “Barsa”nın futbolçusunun

“Barselona”nın forvardı Ansu Fatinin evi qarət olunub.

Sportinfo.az xəbər verir ki, hadisə “Barselona” – “Espanyol” oyunu (1:0) zamanı baş verib.

Futbolçunun ailəsi də evdə olub. Onlar aşağı mərtəbədə televizorda futbola baxırmışlar.

Oğrular isə yuxarı mərtəbəyə qalxaraq, pul və qiymətli əşyaları götürərək mənzili tərk ediblər. Polis araşdırmaya başlayıb. Amma hələ ki, oğruları tutmaq mümkün olmayıb.

Digər Xəbərlər
Xəbər Lenti