“Ötən mövsümlə müqayisə etsək, Premyer Liqa dəyişib”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında ”Sumqayıt”ın yarımmüdafiəçisi Ronaldo Vaskes deyib.
İki ildən artıqdır ölkəmizdə legioner həyatı yaşayan dominikanlı bildirib ki, bu il liqa daha çətindir.
”Hər komanda rəqabətədavamlıdır və asan oyun yoxdur. Bu da hər qələbəni daha dəyərli edir.
”Sumqayıt”ın məqsədi turnir cədvəlində mümkün qədər irəli getməkdir. Hələlik nəticələr arzuladığımız kimi deyil.
Bunun da səbəbləri var. Ümid edir və düşünürük ki, tezliklə sabitliyə nail olacağıq. Çünki komandamız yaxşıdır”.
