"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

01:30 İngiltərə 41
"Mançester Yunayted"ə öz meydanında “toy” tutdular - VİDEO

“Liverpul” İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted”i darmadağın edib.

Sportinfo.az xəbər verir ki, qarşılaşma mersisaydlıların 4:0 hesablı inamlı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə “Liverpul”un İngiltərə çempionatında keçirdiyi son 5 oyunda 4-cü qələbəsi olub.

Andoni İraolanın rəhbərlik etdiyi komanda 21 xalla turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Qırmızılar” “Brayton” və “Mançester Siti”dən 1, lider “Arsenal”dan isə 7 xal geri qalırlar.

“Liverpul” növbəti matçını noyabrın 29-da səfərdə “Everton”a qarşı keçirəcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Noyabr 20:00 Çək və bizə göndər!
22 Noyabr 07:20 Naxçıvan birinciliyi oldu